Sizin reklam burada
Sizin reklam burada
  • Patamdar sürüşmə zonasında bərpa işləri nədən gecikdirilir?

    Patamdar sürüşmə zonasında bərpa işləri nədən gecikdirilir?Patamdar şosesində baş verən sürüşmə hər kəsə məlum olduğu kimi artıq bir neçə ildir ki, davam etməkdədir.
    Belə ki, ərazidə qrunt sularının təsiri nəticəsində dəfələrlə torpaq sürüşməsi baş verib. Hazırda sürüşməyə qarşı bərkitmə tədbiri həyata keçirilir. Təmir nəticəsində yolun hərəkət sahəsi məhdudlaşdırılıb.
    Qeyd edək ki,
    Səbail rayonu, Badamdar qəsəbəsi “20-ci sahə” sürüşmə ərazisində Yaponiyanın “Şinyei Kaişa” şirkəti və yerli mütəxəssislərin layihəsi əsasında yamaca daxil olan yeraltı suların kənarlaşdırılması və bərkitmə işləri aparılır. Yamacın yuxarı hissəsində drenajlar qazılıb. Quyulara yığılan suyun ümumi kanalizasiya xəttinə ötürülməsi üçün yeraltı boru xəttinin çəkilişi başa çatdırılıb.
    Bərkitmə işləri prosesində yamacda 3 hissədən ibarət istinad divarlarının və bu sahədə yeraltı suların kənarlaşdırılması üçün uzunluğu 78 metr olan qalereyanın tikintisi nəzərdə tutulub. Tikinti işlərinin hava şəraitindən asılı olaraq, yaxın müddətə başa çatdırılması planlaşdırılıb.
    Lakin bütün bunlarla yanaşı burada diqqət çəkən başqa bir məqam var. Sürüşmə zonasında mövcud vəziyyətdən istifadə edən bəzi imkanlı və "arxalı" şəxslər burada özləri ücün əməllicə başlıca obyektər tikib, qurub yaradırlar. Belə halda bizə məlum olan və olmayan digər sirli məqamlar təzad yaradır. Deyirəm, bəlkə tikinti-bərpa işləri ona görə ləngidilir ki, bu işbazlar obyekt məsələlərini tam başa vursunlar? Suala cavabı aidiyyatı şəxsəl tapsa, daha müfəssəl olar.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ