Sizin reklam burada
Sizin reklam burada
  • Sakinlər narazılıq edirlər

    Deyirəm, bəlkə...

    Bakının Səbail rayonu Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsinin sakinləri Su Hovuzu İdman Kompleksi ilə üz-üzə yolun əks tərəfində salınan mini futbol meydancasından narazılıq edirlər. Belə ki, bir vaxtlar ərazidə qaçqın və köçkünlər də nəzərə alınmaqla, kütləvi yaşayış olsa da, 2015-ci ildə Paytaxtda keçiriləcək Avropa Olimpiya oyunlarına hazırlıq məqsədiə tikintisinə start verilən yeni "Bibiheybət"-Bayıl istiqamətində magistral yol layihəsi həmin evlərin böyük hissəsinin köçürülməsini reallaşdırdı. Lakin təəssüflər olsun ki, yeyinti və əyintilər üzündən evlərin digər hissəsi plana salınmadı. Hətta, kənardan baxanda qalan hissədə bunun ümumi görünüşə nə dərəcədə xələl gətirdiyini aydınca görmək olur. Bunu isə ört-basdır etmək ücün Səbail rayonunun keçmiş rəhbərliyi bilə-bilə qəsdən plana salmadıqları hissənin önündən hündür daş hasar çəkməli oldu. Halbuki, dövlət başçısının göstərişinə əsasən, orada məskunlaşan insanların konpensasiyasını ödənməklə daha geniş layihə əksin tapmalı idi. Maxenatorlar yol verdikləri əyintilərə görə sonradan layiqli cəzalarını alsalar da, zamanında bu layihəni yetərincə həyata keçirmədilər. Növbəti plan isə işin lap vurub "gözünü çıxardı." Söküntü aparılan ərazidən keçən yolun ətrafında salınan parkda quraşdırılan və tikilən uşaq əyləncələri, idman-trinajor qurguları, basketbol, mini futbol isə tamamilə plansız həyata keçirildi; mini futbol basketbolun yerində, basketbol isə mini futbol meydançasının yerində salındı, özü də üstü açıq dəmir setkanın içində. Nəticədə, hər gün bir neçə dəfə (pullu) futbol oyunu zamanı zərblə vurulan top qalxıb evlərin damına düsür. Bu azmış kimi oyunçular topu götürmək ücün qalxıb evlərin damında ayaqlarının altındakı keramit şiferləri qıra-qıra hərəkət edirlər.
    Butün bunlardan bezara gələn sakinlər parka məsul səxs olan Namiq adli şəxsə tez-tez müraciət edərək dərdlərini desələr də, hec bir nəticə olmur. Bəs, belə olan halda onlar neyləməlidirlər? Deyirəm, bəlkə elə qalan evləri də plana salsınlar, bu insanların gündəlik əsəbdən canları qurtarsın, hə?

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ