Qəbul zamanı müxtəlif məzmunlu müraciətlər dinlənilərək, bəzilərinin yerindəcə həll edilməsinə nail olunub. Eləcə də, sosial, humanitar, məişət məsələlərinin həlli ilə bağlı aidiyyəti üzrə məktubların hazırlanması üçün müvafiq göstərişlər verilib. Daxil olan bütün növ müraciətlər ətraflı araşdırılıb, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.
Səmimi qəbula görə təşəkkürünü bildirən vətəndaşlar, müraciətlərinə yüksək həssaslıqla yanaşıldığına görə minnətdarlıqlarını bildiriblər.
Daha sonra vitse-spiker Adil Əliyev fiziki məhdudiyyətləri ilə əlaqədar qəbula gələ bilməyən vətəndaşları evlərində ziyarət edərək, onları narahat edən məsələlərlə maraqlanıb.
