Təbii ki, alıcılara 100 faiz “halal kolbasa və sosislər” satdığını iddia edən "Ovçular" ət və ət məhsulları MMC bu mənada haqlıdır. Gəlin bir anlıq sözugedən şirkətin istehsal priaritetlərinə nəzər salaq:
➣ İşçi personal üçün təmizlik və dezinfeksiya maddələri
➣ Açıq və qapalı istehsal sahələrin təmizlik və dezinfeksiya maddələri
➣ Ət və tərəvəz konservalarının korroziya və pas əleyhinə qoruma maddələri
➣ İstehsal avadanlıqlarının iç və çöl divarlarının ət, yağ və digər qida qalıqlarından təmizləmə maddələri
➣ Kolbasa bişmə peçlərinin, hisə verilmə otaqları, bişmə tavaları kimi səthlərdən yanmış yağ ləkələrinin çıxarılması üçün yüksək köpüklü qələvi maddəsi təmizlik və dezinfeksiya maddələri.
Bütün bunlara ciddi şəkildə riayət olunması "Ovçular" Ət və Ət Məhsulları MMC-nin gündəlik iş prinsipidir.
MMC fəaliyyətə başladığı 1992-ci ildən bu yana məhsul assortimentini təxminən 170-ə çatdırmış, bazarın müvafiq seqmentində layiqli ad qazanmış, keyfiyyət parametrlərinə kifayət qədər diqqət yetirmişdir. Şirkətin ayrı-ayrı məhsulları üzrə Səhiyyə Nazirliyinin Gigiyena Epidemiologiya Mərkəzindən Gigiyenik sertifikatı var. Burada xammalın saxlanma şəraitinə gəldikdə, tələb olunan qaydalara tam uyğundur.
Gəlin indi də haqqında söz açdığımız MMC-nin istehsal etdiyi məmulatların çeşidlərindən bir hissəsinə nəzər salaq:
“Servelat halal”, “Ovçular halal”, “Həvəskar”, “Hinduşka” kolbasaları “Moloçniye”“Ruskaya”, “Servelat”, “Moskovskiy servelat”, “Oxotniçaya”, “Lyubitelskaya”, “Doktorskaya”, “Halal bərəkət”, “Halal”, “Domaşniy” və sair bazarda alıcıların sevə-sevə aldıqları çeşidlərdi.
Nə deyək, dadı-tamı, keyfiyyəti, halallığı daim diqqət mərkəzində saxlayan rəhbərliyin işinə uğurlar diləmək qalır bizdən.
P.S. Yazıya kimlərsə barmaq arası baxacaqsa, onlara təklifimiz, "Zəhmət çəkin, gedin sadalanan çeşidlərdən alın, yeyin və dəyərini vicdanla verin!" demək olacaq! Şəxsən, mən bunu edərək keyfiyyət və dad fərqini əyani şəkildə görmüşəm, nəticədə isə bu yazını yazmağı özümə borc bilmişəm. Bu qədər!
Bəradər Səməndərli
"Atribut" qəzetinin və "Atributinfo.az" saytının baş redaktoru
