Sizin reklam burada
Sizin reklam burada
  • Saatlı şəhərində səyyar qəbul-görüş keçirildi

    Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bagirov yanvar ayının 24-də Saatlı şəhər sakinləri ilə görüşüb.Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
    Saatlı Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək Saatlı şəhər sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
    Səyyar görüş-qəbulda çıxış edən şəhər sakinlərindən Əliyev Şakir, Süleymanov Nazim, Qədirov Əlisa və başqaları şəhərin mövcud problemlərindən danışmışlar.
    Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ