
Himayədar ailə üzrə mütəxəssislər tərəfindən tədris olunan təlimlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq sahədə çalışan əməkdaşları cəlb olunub.
İştirakçılara himayədar ailə sahəsində qanunvericilik, qayğı modelinin mexanizmi, himayədar valideyn olmaq istəyən şəxslərlə peşəkar müsahibə aparılmasının üsulları mövzularında biliklər aşılanıb.
Qardaş ölkənin təcrübəsinə əsaslanan təlimlərdə həmçinin sosial və psixo-sosial dəstək xidmətinin prosedurları və prinsipləri ilə bağlı mövzular əhatə olunub.


