Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasıın ictimai - siyasi həyatında fəal iştirakına görə bir çox şəxslər təltif ediliblər. Təltif edilənlər arasında Milli Məclisin deputatı Aydın Hüseyinov da var. O, Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Sözün həqiqi mənasında bu yüksək mükafata layiq olan hörmətli dostumuz Aydın Hüseynovu "Atribut" qəzetinin və "Atributinfo.az" saytının yaradıcı kollektivi adından əlamətdar təltif münasibətilə ürəkdən təbrik edir, şərəfli həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.