Sizin reklam burada
Sizin reklam burada

QARADAĞ RAYONUNUN QIZILDAŞ QƏSƏBƏSİNDƏ ŞƏHİDİN XATİRƏSİ ANILDI

Bu gün -23.11.2022-ci ildə 44 günlük II Qarabağ müharibəzi zamanı Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin - Zəka Zakir oğlu Abışovun şəhadətə ucaldığı gündən iki il ötür.
Bu münasibətlə şəhid Zəka Zakir oğlu Abışovun 2-ci il mərasimi keçirilib. Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, şəhidin ailə üzvləri, qazilər, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə məzarı üzərinə gül dəstələri qoyulub.
Daha sonra şəhidin ailəsinin üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Mərasimdə Şəhidlərin ruhlarına dualar oxunmuşdur.
Qeyd edək ki, Abışov Zəka Zakir oğlu 19 mart 2001-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. O, ibtidai təhsilinə 2007-ci ildə şəhid qohumu Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamış, uşaq yaşlarından idmana maraq göstərmiş və karate ilə məşğul olmuşdur.
Zəka Abışov 2016-cı ildə orta təhsilini bitirib "İnşaat qəlibçisi" ixtisası üzrə Qaradağ rayonunun 8 saylı peşə məktəbinə daxil olmuşdur. 2019-cu ildə peşə təhsilini uğurla başa vuran Zəka Abışov həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşmüşdür.
Zəka Abışov Füzuli və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, 23.11. 2020-ci ildə qəhrəmancasına şəhid olmuş və Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Abışov Zəka Zakir oğlu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
ALLAH RƏHMƏT ELƏSİN!

"Atributinfo.az"

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ