Sizin reklam burada
Sizin reklam burada

Yaxın zamanlarda bir çox üstüörtülü mətləblərə aydınlıq gətiriləcək

Nəsib Məhəməliyev
Milli Məclisin deputat

ABŞ federal prokurorluğu, Demokratlar partiyasının Nyu-Cersi ştatını təmsil edən, senator Bob Menendesin arvadı, erməni əsilli Nadiye Arslanyanı rüşvət alma ittihamı ilə, sorğu-suala tutmağa başlamışdır. Menendes, uzun illər ərzində Türkiyə və Azərbaycan əleyhinə, bir çox qərəzli layihələrin təşəbbüskarı, qatı ermənipərəst mövqeyi ilə seçilmişdir.
Prokurorluq, rüşvətlə yanaşı, Arslanyanın çoxsaylı qiymətli hədiyyələr aldığı barədə məlumatlara da malikdir.
Satqınlığa meylli siyasətçilərin, müxtəlif yollarla ələ alınaraq, erməni diasporasının maraqlarına xidmət etdirilməsi, lobbi təşkilatlarına çevrilməsi, ermənilərin strateji hədəfidir.
Düşünürəm ki, yaxın zamanlarda bir çox üstüörtülü mətləblərə aydınlıq gətiriləcək, Amerikanın milli maraqlarına zidd siyasətlə məşğul olan, “Türk düşməni” adını qazanmış Bob Menendesin və arvadının gizli fəaliyyətləri ifşa olunacaq və öz layiqli, qanuni cavablarını alacaqdır.

ı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ