Sizin reklam burada
Sizin reklam burada
  • ""Günəşli" sanatoriyasinda ZƏFƏR gunü tədbiri kecirildi

    Bu gün Azərbaycanın hər bir güsəsində Zəfər gunünə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir. Belə tədbirlərdən biri də Bakının Mərdəkan qəsəbəsindəki "Günəşli" sanatoriyasında möhtəşəm şəkildə düzənləndi. Şəhid ailələrinin, Qazilərin və müharibə iştirakçılarının da iştirak etdiyi tədbir əvvəlcə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başladı. Tədbirdə Sanatoriyanın rəhbəri Ələkbər Nəzərov çıxış edərək iştirakçıların diqqətinə 44 günlük Vətən Müharibəsində qazanılan qələbəylə Müzəffər Ordumuzun 30 il düşmən taptağında qalan torpaqlarımızı geri alaraq Azərbaycan tarixində analoqu olmayan ilkə imza atdığını çatdırdı. Ali Bas Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan bu tarixi qələbə dünyada xalqımızın başını ucaltdı, Ordu, xalq, dövlət birliyinin bariz nümunəsinin əsasını qoydu, status-kvonu yardı, böyük Ermənistan mifini parçalayaraq heçə endirdi. O, bildirdi ki, bu gün bizim üçrəngli bayrağımız Qarabağda-Şusada, Laçında, Kəlbəcərdə dalğalanır. Bundan boyük qələbə, bundan boyük sevinc hissi ola bilməz. Hamınızı bu möhtəşəm qələbə-Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, sağlam can, qələbə sevinci, xoş istirahətlər arzulayıram. Musiqili, ədəbi-bədii tədbirdə sanatoriya-kurort müalicəsi alanlar çıxıs edərək ürək sözlərini dedilər, bu qələbə sevincini bizlərə yaşadan Ali Baş Komandana, Müzəffər Ordumuza, Şəhidlərə, Qazilərə, Müharibə iştirakçılarına borclu olduqlarını bildirdilər. şair Bəradər Səməndərli öz növbəsində çıxışı zamanı Vətən Müharibəsinin ilk günlərində qələmə aldığı "Haydı igidlər irəli" şeirini söylədi. Müalicə alanların istirahətinə istirahət qatan tədbir Vətən sevdalı mahnılarla davam etdi.

    Bəradər Seyfullaoğlu
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ