Layihə 4 gün ərzində reallaşdırılıb və 2 seçim turu, 1 yarımfinal, 1 final mərhələsindən ibarət olub. 19-20 oktyabr tarixlərində müxtəlif ali təhsil müəssisələrindən ümumilikdə 17 komandanın iştirakı ilə seçim turları baş tutub. Yalnız 8 komanda yarımfinal mərhələsinə vəsiqə qazanıb.
22 oktyabr tarixində isə 4 komanda arasında final mərhələsi baş tutub. Tədbirdə çıxış edən nümayəndələr Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, o cümlədən gənclər üçün yaradılan şəraitdən, gənclərə olan xüsusi diqqət və qayğısından danışıblar, gənclərin intellektual səviyyəsinin artırılması yönündə görülən işləri iştirakçıların diqqətinə çatdırıblar.
