Sizin reklam burada
Sizin reklam burada

Şəhid hərbi qulluqçumuz Saatlıda dəfn edilib

Şəhid hərbi qulluqçumuz Saatlıda dəfn edilibErmənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, kiçik gizir, 2000-ci il təvəllüdlü Nəsirov Ülvi Əsədulla oğlu son mənzilə yola salınıb.
Şəhidin nəşi doğulduğu Saatlı rayonunun Qara Nuru kəndinə gətirilib torpağa tapşırılıb.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Zahir Məmmədov

Şəhid hərbi qulluqçumuz Saatlıda dəfn edilibŞəhid hərbi qulluqçumuz Saatlıda dəfn edilibŞəhid hərbi qulluqçumuz Saatlıda dəfn edilibŞəhid hərbi qulluqçumuz Saatlıda dəfn edilibŞəhid hərbi qulluqçumuz Saatlıda dəfn edilib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ