Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan xalqının mənəviyyat sütunu

Azərbaycan xalqının mənəviyyat sütunu Azərbaycan xalqının mənəviyyatının sütunu olan dinimizin düzgün təbliği, təşviqi, habelə bu işlərin azərbaycançılıq ideologiyası əsasında davam etdirilməsi, eyni zamanda inanclı insanlarımızın cəmiyyətdə və ictimai-siyasi, mədəni həyatda rolunun artırılması vacib ideoloji istiqamətlərdən biridir.
Bu günlərdə İslam tarixi, eləcə də İslam təqvimində xüsusi yerə malik, Məhərrəm ayının son günlərini yaşamaqdayıq. Bu məcrada 09 sentyabr 2022-ci il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ağdaş rayon “Hacı İsmayıl”, Göyçay rayon “Əbülfəzlil Abbas” və “Mərkəz” məscidlərində dini icma nümayəndələri, habelə inanclı insanlarla görüş keçirdi.
Görüşlərdə ilk növbədə deputat məscidlərdə yaradılan şərait ilə tanış oldu. Dini icma nümayəndələrini salamlayan M.Əfəndiyev çıxışlarında öncə iki il ərzində Milli Məclisin deputatı olaraq seçki ərazisində gördüyü işlərdən, habelə Parlamentdə irəli sürülən qanunvericilik təşəbbüslərindən bəhs etdi.
Sonra deputat İslam dininin xalqımızın formalaşmasında xüsusi rolunu vurğuladı: “Öz humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılmışdır”.
Həmçinin millət vəkili Parlamentdə qəbul olunmuş “Dini etiqad azadlığı haqqında” qanun layihəsində nəzərdə tutulan yeni istiqamətlərə dair fikir mübadiləsi apardı, o cümlədən qanunun tətbiq olunmasında dövlətin bütün çağırışlarında din təmsilçilərinin köməklik göstərməsinin bu sahədə mövcud problemlərin aradan qaldırılmasına dəstək olacağını bildirdi.
Sonda tədbir iştirakçıları Məzahir Əfəndiyevə təşkil olunmuş görüş üçün minnətdarlıqlarını bildirdilər.
Azərbaycan xalqının mənəviyyat sütunu Azərbaycan xalqının mənəviyyat sütunu Azərbaycan xalqının mənəviyyat sütunu Azərbaycan xalqının mənəviyyat sütunu Azərbaycan xalqının mənəviyyat sütunu Azərbaycan xalqının mənəviyyat sütunu Azərbaycan xalqının mənəviyyat sütunu

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ