Sizin reklam burada
Sizin reklam burada

İcra başçısından şəhid ailələri ilə növbəti gorüş

İcra başçısından şəhid ailələri ilə növbəti gorüşÖlkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
Saatlı rayon İcra Hakimiyyəti də şəhid adının hər zaman uca tutulmasına, ailələrinin sosial problemlərinin vaxtında həll olunmasına, hər bir işdə dəstək göstərilməsinə çalışır. Rayon İcra Hakimiyyəti Saatlı rayonu üzrə şəhid ailələrinin sosial problemlərinin araşdırılması üçün mütəmadi olaraq şəhid ailərinin evində olur, onların qayğıları ilə maraqlanır, vacib məsələlərin aidiyyəti üzrə həll olunması üçün müvafiq köməklik göstərir.
Növbəti dəfə Saatlı rayon İcra Hakimiyyəti başçısı cənab Elmir Bagirov Saatlı rayon Dədə Qorqud, Qaralar və Seyidlər kəndindən olan Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşüb, şəhidlərin əziz xatirəsini yad ediblər. Görüş zamanı bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya sübut etdilər ki, Qarabağ Azərbaycandır!

Zahir Məmmədov

İcra başçısından şəhid ailələri ilə növbəti gorüşİcra başçısından şəhid ailələri ilə növbəti gorüşİcra başçısından şəhid ailələri ilə növbəti gorüşİcra başçısından şəhid ailələri ilə növbəti gorüşİcra başçısından şəhid ailələri ilə növbəti gorüşİcra başçısından şəhid ailələri ilə növbəti gorüşİcra başçısından şəhid ailələri ilə növbəti gorüşİcra başçısından şəhid ailələri ilə növbəti gorüş

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ