Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda vaxtı keçmiş vaksinlərin vaxtı uzadılır? və yaxud Analoqu olmayan "inkişaf"

Azərbaycanda vaxtı keçmiş vaksinlərin vaxtı uzadılır? və yaxud Analoqu olmayan "inkişaf" Şərafəddin İlkin,
AJB və AYB-nin üzvü,
Prezident təqaüdçüsü.

Dünyanın bütün inkişaf etmiş ölkələrində hər bir məhsulun üzərində onun yararlılığ müddəti göstərilir. Özünə, vətəndaşına dəyər verən aidiyyatı qurumlar da bu ciddi sahəyə həssas yanaşır, müddəti keçmiş məhsulları vaxtında satışdan çıxarırlar. Dərmann vasitələrini isə mübağiləsiz, ciddi sürətdə yığışdırılır. Çünki bu birbaşa insan sağlamlığı ilə bağlıdı...
Ölkədə korona virusa yoluxanların sayında artımı nəzərə alıb dördüncü dozanı vurdurmaq qərarına gəldim. Bu məqsədlə Bakı Sağlamlıq Mərkəzinə müraciət etdim. Qeydiyyatdan keçəndən sonra peyvənd olunmaq üçün ayrılmış otağa keçdim. Məlum oldu ki, vurulan vaksinin istifadə müddəti keçib. Tibb bacısı "Biz vaxtını uzatmışıq" - dedi (analoqu olmayan inkişaf).
Əhsən!
Etiraz etdiyimi görən tibb bacısı hansısa həkimə zəng vurdu ki, "vətəndaş vaxtı keçmiş vaksini vurmaqdan imtina edir."
O da mənim onu gözləməyimi təklif etdi. "Həkim yararlı vaksin gətirəcək?" deyə soruşdum. "Xeyir, o sizi başa salacaq ki, biz müddəti uzada bilərik"
Birincisi, anlamaz sən və sənin həkim adlandırdığındı. İkincisi, əgər siz bunu elmi sürətdə sübut edə bilməsəniz mən sizi və bunu sizə "edin" deyənləri məhkəməyə verəcəm.
Yəni, Azərbaycan səhiyyəsi o qədər inkişaf edib ki, hətta Almaniyada istehsal olunan, vaxtı keçmiş vaksinin vaxtını da uzada bilir?
TƏBİBin məsələyə aydınlıq gətirməyini tələb edirik.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ