Dünya sürətlə inkişaf etməkdədir. Bu inkişafın fonunda nədənsə, itirdiklərimiz qazandıqlarımızdan daha çoxdu. Maddiyyatla mənəviyyatın ziddiyyəti və inkarında bulunduğumuz təzadlı həyat son vaxtlar o qədər cılızlaşıb ki, meşədə azan cırtdan kimi, bəzən ömrün yolayrıcında həyəcanlı anlar yaşamalı oluruq. Həyata açıq gözlə baxan, reallığı düşünməyi, dərk etməyi bacaran, bu gün üçün yox, sabah ücün, işıqlı gələcək ücün yaşayan adam tapanda onu mənəvi xəzinə hesab edib itirmək istəmirik. Bax, bu, əsl ziyalıdır. Və belə ziyalilardan biri də ömrünun 32-ci baharını yaşayan dəyərli qonşum, dostum Kamran Hüseynovdur. Bu gənc ziyalı olduqca pozitiv xarakterə malik, daim dost axtarışında olan, tikansız, sadə və səmimi insandır. İndiki cəmiyyətdə belə xarakter tapmaq səhrada su tapmaq qədər çətindir. Dəyərli qonşum, nə yaxşı ki, doğulmusan, nə yaxşı ki, elə bu gün dünyaya gəlmisən, nə yaxşı ki varsan. Yeni yaşın mübarək və qoy, yeni yaşın sənə davamlı həyatında yeni-yeni ugurlar, nailiyyətlər, yeni-yeni xoş müjdələr bəxs eləsin! Dogum gününü ürəkdən təbrik edirəm!
Dərin hörmətlə qonşun və dostun Bəradər Səməndərli "Atributinfo.az" saytının baş redaktoru