Sizin reklam burada
Sizin reklam burada

Onun əziz xatirəsi Süleymanovlar ailəsi tərəfindən heç zaman unudulmayacaq

Onun əziz xatirəsi Süleymanovlar ailəsi tərəfindən heç zaman unudulmayacaqYaşanan hər omür bir kitabdır. Kitab var ki, bir az vərəqləyib qoyursan kənara, heç yada salmaq istəmirsən. Kitab da var ki, oxuduqca oxumaq istəyirsən, bilmədiklərini öyrənirsən, hər sətrindən bir ibrət göturürsən.
Epiloqla proloq arasında yasadığı ömrün hər sətrində, hər anında unudulmaz iz buraxan, silinməz xatirə yaradan, yaddaşlara nümunəvi insan obrazında köçən Əliqismət Cəbrayıl oğlu Mizəyev 1955-ci il fevral ayınin 2-də dünyaya gəlib. Ömrünün böyük hissəsini (1976-2008-ci illər) Soyuducular zavoduna bağlayan bu nəcib insan çalışdığı müddətdə daim kollektivin dərin hörmətini qazanmışdır və elə ordan da xəstəliklə bağlı təqaüdə çıxmışdır. Halallıgı, insanlıgı həyat kredosuna çevirən Ə. Mirzəyev işdə, el arasında, həyatda olduğu kimi, ailədə də böyük nüfuza malik xoşbəxt insanlardan idi. Uzun sürən xəstəlik zamanı onun ömür-gün yoldaşı Laləzar xanım bir an başının üstündən əskik olmayıb, ona diqqət, qayğı-əsl insanlıq nümunəsi göstərib. Heç şübhəsiz aliə həyatında qarşılıqlı isti münasibətlər daim bir-birin tamamlamışdır. Onların İman və Rəşad adlı iki oğlu var. Hər ikisi yüksək ailə tərbiyəsi və qayğısı görərək, həyatda doğru-dürüst yollarını seçmiş, ali təhsil almış, hər ikisi dövlətə xidmət edərək Vətənin müdafiəsində fəal iştirak etmiş, hazırda isə Daxili İşlər orqanlarında xidmətlərini davam etdirməkdədirlər.
Əliqismətin eyni zamanda beş nəvəsi var.
Onu da diqqətdən qaçırmaq olmaz ki, Əliqismət Mirzəyev çoxuşaqli ailədə boyüyüb boya-başa çatmışdı. 11 uşaqdan ibarət ailənin yeddincisi Əliqismət olub. On bir övlad anası Əzizbəyim xala o vaxt dövlət tərəfindən "Qəhrəman ana" adını alıb. Əliqismət sözün əsl mənasında ailənin sevimlisi olub.
Əliqismət Mirzəyev 26 iyul 2022-ci il tarixdə omrunün 67-ci payızında dünyaya gözünü əbədi yumdu. Onun vəfatı bütün sevənlərini yandırır, onlar bu itki ilə heç cür barışmaq istəmirlər. İndi bütün sevənləri kimi, Süleymanovlar ailəsinin də təsəllisi Allahdan ona rəhmət oxumaq və sadəlik, səmilik, insanlıq adında nümunəvi irsini davam etdirməkdir. Ruhu şad olsun!

Dərin hüznlə: Süleymanovlar ailəsi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ