Sizin reklam burada
Sizin reklam burada

Qazilərə mənzil və avtomobil verilməsi davam etdiriləcək - Açıqlama

Qazilərə mənzil və avtomobil verilməsi davam etdiriləcək - AçıqlamaHəm I Qarabağ, həm də II Qarabağ müharibəsi iştirakçılarına ölkəmizdə yüksək diqqət və qayğı mövcuddur. Hərbi xidmət və ondan sonrakı dövrdə bu kateqoriyadan olan şəxslərə dövlət hər zaman xüsusi həssaslıqla yanaşıb. Onların sosial qayğıları, zəruri ehtiyacları, mənzil-məişət şəraitinin yaxşılaşdırlması üçün vacib işlər görülür. Bu gün də proses davam edir. Azərbaycan bu məsələdə dünya dövlətləri üçün bir örnəkdir. Çünki ölkəmizdə həssas kateqoriyadan olan insanlara dövlət hər zaman özünün diqqət və qayğısını nümayiş etdirib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib. Qazilərə mənzil və avtomobil verilməsi davam etdiriləcək - Açıqlama
Deputat Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində də bu məsələyə toxunduğunu söyləyib:
“Dövlətimizin başçısı vurğuladı ki, hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir: "Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır". II Qarabağ müharibəsi iştirakçılarının hər bir ehtiyacı dövlət tərəfindən qarşılanır. Onların mənzil, avtomobil və digər zəruri avadanlıqlarla təminatı həyata keçirilir. Sözsüz ki, bu işlər növbəlilik əsasında icra edilir”.
Aqil Məmmədov müharibədə əlil olmuş bütün hərbçilərin müasir protezlərlə və reablitasiya vasitələri ilə təminatı məsələsinə də toxunub:
“Artıq dördüncü nəsil protezlərin ölkəmizə gətirilməsi və döyüşlərdə ağır xəsarətlərlə bədən üzvlərini itirmiş şəxslər bu vasitələrlə təmin olunur. Eyni zamanda ağır döyüşlərdə xəsarət almış hərbçilərimizin yenidən aktiv həyata qayıtması üçün ciddi addımlar atılır. Çünki müasir protezlər imkan verir ki, yaralanmış hərbçilərimiz yenidən normal həyat tərzinə davam etsin. Dövlətimiz bütün bu işləri ardıcıllıqla icra edir. Sözsüz ki, bundan sonra da bu proses davam edəcək. Sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunur və olunacaq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ