]03.03.2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti pandemiyadan sonra ilk dəfə olaraq səyyar formada qəbul keçirib. Əslində pandemiya vaxtı da demək olar ki, mütəmadi olaraq iH başçısı İlqar Abbasovla şəhəri piyada gəzərək görülən işlərlə, problemlərlə bağlı yerində tanış olarkən müraciət edən vətəndaşlar karantin qaydaları çərçivəsində dinlənilib, məsələlərin həlli ilə bağlı tədbirlər görülüb.Dünən keçirilən qəbulda İH başçısı hörmətli İlqar Abbasovun dəvəti ilə mən də iştirak etdim. Şəhərin 21 saylı məktəbinin akt zalında keçirilən qəbulda İH-nin məsul işçiləri, şəhərin xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Əvvəlcə 21 saylı məktəbdə Vətən müharibəsində Şirvan şəhərindən həlak olmuş şəhidlərin adının verildiyi sinif otaqları və yaradılmış şəraitlə tanış olduq.
Daha sonra vətəndaşlar fərdi qaydada dinləndi, səsləndirdikləri problemlərin həlli ilə bağlı qanunauyğun formatda tapşırıqlar verildi.



