Sizin reklam burada
Sizin reklam burada
  • Sumqayıt hadisələrində təqsirləndirilən ermənilərin axtarışları davam edir

    Sumqayıt hadisələrində təqsirləndirilən ermənilərin axtarışları davam edir Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan və digər şəxslərin barəsində axtarış davam etdirilir.
    Bunu Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib. O qeyd edib ki, hazırda bu istiqamətdə işlər görülür.
    "1988-ci ildə Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan və digər şəxslərin barəsində axtarış elan edilmişdi. Hazırda bu iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir. Həmin şəxslərin istintaqa cəlb olunması istiqamətində işlər aparılır”, - deyə idarə rəisi bildirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ