Sizin reklam burada
Sizin reklam burada
  • 28 ermənini məhv edən şəhid Fərid İlyasov - Onun arzusu anasına bir ovuc Laçın torpağı gətirmək idi - VİDEO

    28 ermənini məhv edən şəhid Fərid İlyasov - Onun arzusu anasına bir ovuc Laçın torpağı gətirmək idi - VİDEO Vətən müharibəsində xüsusi rəşadət göstərmiş qəhrəmanlardan biri də Fərid İlyasov olub.
    Əslən Laçın rayonunun Hacılar kəndindən olan 22 yaşlı xüsusi təyinatlımız Qarabağ torpağında düşmənə sarsıdıcı zərbələr vurub.
    Fəridin ən böyük arzusu anasına bir ovuc Vətən torpağı gətirmək idi. Elə bu məqsədlə də ailəsinə belə demədən müharibəyə yollanmışdı.
    Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd, Qırmızı bazar, Daşaltı istiqamətində əsl qəhrəmanlıq göstərən igidimiz Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.
    Şuşa və Laçından nigaran gedən igidimiz, rahat uyu! Uğrunda qan tökdüyün Şuşamız da, torpağından anana söz verdiyin Laçınımız da azaddır! Şəhadətin mübarək, qardaş!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ