Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin deputatı Litvaya səfər edəcək

    Milli Məclisin deputatı Cavanşir Feyziyev fevralın 26-da Litva Respublikasının Vilnüs şəhərinə səfər edəcək.
    Deputat orada Azərbaycan və Türkiyə Respublikalarının Litva Respublikasındakı səfirliklərinin birgə təşəbbüsü ilə keçiriləcək “Türk Dövlətləri Təşkilatı vasitəsilə əməkdaşlıq və bağlantıların gücləndirilməsi – türk dövlətləri və Baltikyanı region arasında daha yaxın əlaqələr üçün imkanlar” mövzusuna həsr olunmuş tədbirdə iştirak edəcək.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ