Sizin reklam burada
Sizin reklam burada
  • Arzu Nağıyev: Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq təhlükəsizlik sahəsində də strateji xarakter daşıyır 

    Bugünkü görüş üç ölkə arasında strateji tərəfdaşlığın parlament ölçüsündə də dərinləşdirilməsi baxımdan xüsusi bir platformadır. Müzakirə etdiyimiz mövzular mühüm əhəmiyyət kəsb edir. Regional təhlükəsizlik və parlament dostluq qruplarının fəaliyyəti təkcə siyasi gündəliyin tərkib hissəsi deyil, eyni zamanda, regional sabitliyin və inkişafın əsas sütunlarından biridir.

    Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı səsləndirib.

    O bildirib ki, Cənubi Qafqaz sürətlə dəyişən geosiyasi proseslərin mərkəzində yerləşir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, sərhəd təhlükəsizliyi, hibrid təhdidlər, kibercinayətkarlıq və informasiya təhlükəsizliyi kimi məsələlər üç ölkənin ortaq gündəliyində xüsusi yer tutur. Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq artıq uzun illərdir ki, təkcə siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində strateji xarakter daşıyır.

    Komitə sədri qeyd edib ki, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və Bakı–Tbilisi–Qars kimi layihələr regionun enerji və nəqliyyat xəritəsini dəyişdirib. Bu layihələrin təhlükəsizliyi isə yalnız hərbi və icraedici strukturların deyil, həm də qanunverici orqanların məsuliyyətidir. Bu kontekstdə parlament diplomatiyası xüsusi əhəmiyyət kəsb edir. Parlament dostluq qrupları dövlətlərarası münasibətlərin yumşaq güc elementlərindən biridir. Bu platformalar vasitəsilə qanunvericilik təcrübəsi paylaşılır, regional layihələrin hüquqi bazası gücləndirilir, humanitar və mədəni əlaqələr təşviq edilir, ictimai diplomatiya inkişaf etdirilir. Dostluq qrupları, eyni zamanda, siyasi dialoqun davamlılığını təmin edən çevik mexanizm rolunu oynayır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ