Bunu səfər təəssüratları ilə bağlı "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Musa Urud deyib. O, nümayəndə heyətinin Türkiyə torpağına qədəm basandan səfər başa çatana qədər qardaş ölkənin parlamentari və digər rəsmi şəxslərdən yüksək diqqət və ölkəmizə böyük sevgi hissini gördüklərini xüsusi olaraq dilə gətirərək Türkiyə Böyük Millət Məclisində parlamentlərarası dostluq qruplarının görüşü işgüzar bir şəraitdə keçdiyini və birgə əməkdaşlığın daha da möhkəmləndirilməsi yönündə yeni yol xəritəsini müəyyənləşdirdiklərini vurğulayıb:
"Türkiyə Böyük Millət Məclisinin sədri cənab Numan Qurtulmuşla görüşümüz, hər iki ölkənin parlament sədrlərinin mətbuat konfransında səslənən fikirlər bütün türk ailəsi xalqlarının ümumi maraqlarını əhatə edən teziz və çağırışlarla zəngin oldu.
Səfər çərçivəsində Azərbaycan Milli Mıclisinin sədri Sahibə xanım Qafarova Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla görüşdü.
Nümayəndə heyətimuz türk dünyasının iki böyük tarixi şəxsiyyəti-Mustafa Kamal Atatürkün məzarı yerləşən Anıtqəbri və Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummili Liderin abidəsini ziyarət edib əklil və gül dəstələri qoydu.
Səfər qarşılıqlı faydalı fikir mübadiləsi və yeni vəzifələri müəyyən edən təkliflərin reallaşması, iki dost və qardaş ölkənin, eləcə də, Türk Dövlətləri Təşkilatı üzvlərinin parlamentləri çərçivəsində əməkdaşlığının gücləndirilməsi baxımından olduqca faydalı oldu."- Deputat deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
