Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verir

    Nəbi Nəzərov,
    YAP Göygöl rayon təşkilatı üzrə Nadil kənd ərazi partiya təşkilatının sədr müavini

    Ölkəmizdə noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılışı, bir gün sonra isə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Hər iki sammitdə səsləndirilən mühüm çağırışlar hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Dövlətimizin başçısı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışında xüsusi qeyd etdi ki, COP29-un ev sahibi seçildikdən sonra Azərbaycanın inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Prezident İlham Əliyev inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət etdi ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir.Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə,o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərdi. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.
    Ali tribunadan inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olanlara müraciət edən Prezident İlham Əliyev kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərilməsinin vacibliyini söyləyərək dedi ki, bu dəstək sayəsində onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilərlər. Dövlət başçısı son illərdə iqlim dəyişikliyinin yaratdığı fəsadların Azərbaycandan da yan keçmədiyini sammit iştirakçılarının diqqətinə çatdırdı. Bunu Xəzər dənizinin ildən-ilə dayazlaşması faktı ilə dünyaya təqdim etdi: "İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir", - deyə cənab Prezident vurğuladı.
    Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib. Azərbaycan həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verib. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Azərbaycan Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmik Agentliyi - "Azərkosmos"dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanıb. Möhtərəm Prezidentin söylədiyi fikirlər bir daha onu təsdiqlədi ki, Azərbaycanın yalnız öz gücünə reallaşdırdığı layihələr ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Dünya liderlərinin, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksəksəviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər.Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29-u siyasiləşdirməyə çalışan antiazərbaycan qüvvələrə qarşı elə siyasi də cavab verildi. Belə ki, müstəmləkə xalqlarını alqışlamaq jesti bizə hegemonluq etməyə çalışan Fransaya bir sərt cavab idi. Əsrlərlə Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi ada dövlətlərini istismar edən Fransanın 44 günlük müharibə günlərində Azərbaycanı “işğalçılıqda” günahlandırmış, bu günə qədər də Ermənistanı hərbi-siyasi cəhətdən dəstəkləməkdə davam edir.
    Bu gün dünya xalqlarını narahat edən iqlim dəyişmələri siyasi hikkələrin kölgəsində qalmamalıdır. Respublikamızın başçısı cənab İlham Əliyevin dediyi kimi: “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.”



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ