Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra Ermənistana sülh təklif edib: “Sülh konsespsiyası beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin maraqlarına xidmət edir. Artıq bu istiqamətdə addımlar atılır, Azərbaycanla Ermənistan sülhə heç vaxt olmadıqları qədər yaxındır. Sadəcə olaraq növbəti dəfə regionda öz maraqlarını reallaşdırmağa çalışan qüvvələr sülh prosesini pozmaq üçün bütün imkanlarını “səfərbər” ediblər. Başda Fransa olmaqla bəzi Qərb dövlətləri və təşkilatları Ermənistanı sülh prosesindən yayındırmaq üçün müxtəlif vədlərlə çıxış edir. Onun silahlandırılması, yenidən müharibəyə başlaması üçün təhrikedici addımlar atılır”.
Millət vəkili hesab edir ki, Avropa İttifaqının müşahidə “missiyası” adı altında Qərbin kəşfiyyat qrupunun Ermənistanda yerləşdirilməsi bu məhz bu planların tərkib hissəsidir: “Görünən isə odur ki, ABŞ və Avropa İttifaqı Ermənistanı Rusiyadan uzaqlaşdırmaqla yanaşı Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaq istəyir. Bununla yanaşı onlar Ermənistanı Azərbaycanla sülh sazişi imzalamamağa sövq edir. Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı silahlandırması da bunun bariz nümunəsidir”.
Aqil Məmmədov vurğulayıb ki, aprelin 5-də Brüsseldə ABŞ-Ermənistan-Avropa İttifaqı arasında baş tutan görüş Cənubi Qafqazda yeni məkrli planların reallaşdırılmasına xidmət edir: “Ermənistan iqtisadiyyatına və demokratiyanın inkişafına dəstək adı ilə keçirilən bu görüş açıq şəkildə tərəfkeşlik, onun əlinin güclənməsinə hesablanmış addımdır. Bu mənada Brüssel görüşünün məqsədləri regionda sülh quruculuğu prosesinə başlıca təhdid hesab olunur”.
