Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin deputatı MDB PA-nın tədbirlərində iştirak edəcək

    Milli Məclisin deputatı MDB PA-nın tədbirlərində iştirak edəcək Milli Məclisin deputatı, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Arzu Nağıyev martın 27-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
    Millət vəkili səfər çərçivəsində MDB PA-nın Təhlükəsizlik və yeni çağırışlar və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyasının, həmçinin Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın iclaslarında iştirak edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcək.
    Səfər martın 30-da başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ