Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Ümid edirik ki, ABŞ və Fransa yeni reallıqları qəbul edəcək və öz siyasətlərində buna uyğun korrektələr edəcək"

    "Məlum olduğu kimi fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı alman iş adamlarının ölkəmizə səfərininin əhəmiyyətindən söhbət açaraq əvvəlki görüşləri məmnunluqla xatırladıb. Bu baxımdan böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmi qeyd olunub.
    Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır."
    Bu fikirləri "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O, əlavə edib ki,
    Prezident İlham Əliyevin görüş zamanı əsas diqqət göstərdiyi məsələ ölkəmizə qarşı əsassız təbliğatın aparılması, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər oldu. “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır”, bu fikri Cənab Prezident bildirmişdir.
    Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir:

    "Bu gün Azərbaycanı əsassız iddialarla günahlandırmağa çalışanlar, vaxtilə, torpaqlarımızın işğal altında qalmasına göz yumub. Vaxtında torpaqlarımızı işğal altında saxlayan Ermənistana təzyiq edib, sanksiyalar tətbiq edib, BMT-nin müvafiq qətnamələrini icra etməyə məcbur etsəydilər, bu gün tamamilə fərqli məsələləri müzakirə edə bilərdik. Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Cənab Prezident bu haqda bildirmişdir ki: “Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək”. Nəticədə tarixi torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyü və suverenliyimiz tam təmin olundu. Rusiya beynəlxalq münasibətlərdə hansı dəyişikliklərin baş verdiyini anlayır və yeni reallıqları qəbul edir. Ümid edirik ki, ABŞ və Fransa da yeni reallıqları qəbul edəcək və öz siyasətlərində buna uyğun korrektələr edəcək."- Deputat deyib.

    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ