Sizin reklam burada
Sizin reklam burada
  • Rəşad Mahmudov: "Cənab Prezident, nə yaxşı xalqımızın Sizin kimi bir sərkərdəsi və lideri var"

    "Xalqın və ya cəmiyyətin arzu və istəklərini həyata keçirmədən onun sevgisini qazanmaq mümkün deyil."
    "Bunu öz Feysbuk səhifəsində Milli Məclisin deputatı, professor Rəşad Mahmudov paylaşıb. O, qeyd edib ki, Musa Peyğəmbər lap qədim zamanlarda Misir quldarlarının qamçılarından əldən düşmüş yəhudilərin illərlə qəlbində bəslənən azadlıq həsrətini ifadə edirdi. Budda öz zamanının sonsuz müsibətlərini görə bildiyindən yaratdığı sevgi və mərhəmət dini ilə saysız-hesabsız insanın qəlbində əbədi qalıb. Məhəmməd Peyğəmbər minlərlə düşmən qəbilələrə bölünmüş xalqının siyasi birliyini dini-mənəvi birliklə həyata keçirə bildi:
    "Belə misalların sayını artırmaq da olar.
    Metaforasız desəm, əslində, hər hansı bir dövlət başçısının vəya rəhbərin yeritdiyi siyasətin və tarixi xidmətin uğurlu nəticəsi həmin rəhbərin intellekti, enerjisi, iradəsi, idarəetmə bacarığının səviyyəsindən asılıdır. Harda ki, bu səviyyə var - orada uğur var, qələbə var, təhlükəsiz və rahat həyat var, güclü, müasir dövlət və ordu var, qüdrətli ölkə var, gələcək arzular var, o arzulara gedən yola inam var. Bunları görməmək, deməmək, bunlara görə şükranlıq etməmək ən azından nankorluq olardı və bu gün bir millət vəkili və həkim kimi özümə borc bilirəm ki, minnətdarlıq duyğulu sözlərimə şükranlıq qatım və yüksək səslə deyim: "Cənab Prezident, nə yaxşı Xalqımızın Sizin kimi bir sərkərdəsi və lideri var".- Deputat paylaşimda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ