Sizin reklam burada
Sizin reklam burada
  • Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

    Azərbaycan Respublikasında rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib.
    Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
    Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ