Bu fikirləri Milli Məclisin bu gün-dekabrın 22-də keçirilən plenar iclasında cari məsələlərlə bağlı danısan deputat Aydın Hüseynov səsləndirib. O, deyib ki, ölkənin ümumi daxili məhsulu son 20 ildə 14 dəfədən çox artaraq 134 milyard manat təşkil edir. Dövlət büdcəsinin xərcləri 25 dəfədən çox artıb, valyuta ehtiyatlarımız 68 milyard manat təşkil edir. Əgər, 20 il bundan öncə orta aylıq əmək haqqı 77 manat təşkil edirdisə, indi 923 manat təşkil edir. Əgər pensiya 23 manat təşkil edirdisə, indi orta aylıq pensiya 425 manat təşkil edir. Bu kimi iqtisadi nailiyyətlərimizi, makroiqtisadi göstəricilərimizi daha çox sadalaya bilərik:
"Bu gün Azərbaycanın dünyadakı imici, mövqeyi ondan ibarətdir ki, dünya iqtisadiyyatına orta dəhliz bəxş etdi, dünya iqtisadiyyatına avropanın enerjisinin təchiz olunması üçün cənub qaz dəhlizinin lahiyəsini təklif etdi. Bu kimi naliyyətlərimiz daha çoxdur. Ən son naliyyətlərimiz isə Azərbaycanın Qarabağda 44 gün ərzində böyük tarixi qələbə əldə etməsidir. Eləcə də son nailiyyətlərimizdən biri də olkəmizin siyasi nüfuzunun göstəricisi olaraq COP 29-a Azərbaycanın ev sahibliyi edəcəyidir. Bunların sayı 100-lərlədir. Bəs, bütün bu nailiyyətlərin əsasında nə dayanır, nəyə görə biz bu naliyyətləri əldə etdik? Niyə əvvəllər bu naliyyətləri əldə etmirdik, yəni 1993-cü ildə olkəmizdə nailiyyət adında ifadə yox idi, bu sadaladığım makroiqtisadi göstəricilərimiz əks istiqamətdə gedirdi. Və təhlil, fakt, sübüt onu göstərir ki bütün bunların əsasında hörmətli xanım Sədr, bayaq Siz çox duzgün şərh etdiz, ölkə Prezidenti cənab İlham Əliyevə ünvanladığınız təbrikdə Ulu öndərimiz Heydər Əliyevin siyasəti, startegiyası və bu gün o startegiyanın arxasında onu ləyaqətlə, dəyanətlə davam etdirən prezident İlham Əliyevin fəaliyyəti dayanır. Qloballaşan dünyamızda bizim naliyyətlərimiz bundan sonra daha da çox olacaq. Çünki Azərbaycan xalqı ilə onun lideri, ölkə Prezidenti birdi; məqsəs birdi, amal birdi və bu məqsədə bu amala heç kəs mane ila bilməz. 30 ildi antimilli qüvvələr nə qədər cəhd edirsə, Azərbaycan xalqının birliyini qıra bilmir. Fürsətdən istifadə edərək ölkə Prezidenti cənab İlham Əliyevi doğum günü münasibəti ilə əlaqədar ürəkdən təbrik edir, ona dövləti, siyasi fəaliyyətində sonsuz uğurlar arzulayıram!"- Deputat deyib.
Bəradər
"Atributinfo.az"
