Sizin reklam burada
Sizin reklam burada
  • YAP Göygöl rayon təşkilatı üzrə ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşlər davam edir

    Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev 08.09.2023-ci il tarixdə rayon təşkilatının Çaykənd kənd ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirmişdir.
    "Atributinfo.az" xəbər verir ki, öncə görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
    Vüqar İsayev görüşdə çıxış edərək əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlətçilik prinsiplərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətlə inkişaf etməsini diqqətə çatdırdı və bu hərtərəfli inkişafda Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu önə çəkərək, Azərbaycanın regionda güc mərkəzinə çevrildiyini qeyd etdi. YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışdı.
    Rayon təşkilatının sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulamış, postmüharibə dövründə partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının daha yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu qeyd etdi.
    O, bildirmişdir ki, bu gün Azad Qarabağda geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. 30 ildir köşkün həyatı yaşayan soydaşlarımız yüksək səviyyədə ququlmuş öz doğma evlərinə qayıdır. Əldə olunan bütün uğurlarda YAP-ın fəaliyyəti danılmazdır. Çünki, sıralarında 800 mindən çox fəal, dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası "dünənin, bu günün və gələcəyin" partiyası adını ləyaqətlə doğruldaraq ölkəmizin ictimai-siyasi müstəvisində öz nüfuzunu durmadan artırmaqdadır. Vüqar İsayev partiya üzvlərinə Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin, çıxış və nitqlərindən irəli gələn vəzifələrin, verdiyi Fərman və Sərəncamların əhali arasında geniş təbliği və izahı istiqamətində görüləcək işlər barədə konkret tapşırıq və tövsiyyələrini verdi.
    Görüşdə çıxış edən Ərazi Partiya təşkilatının fəallarından, Müsahim Qurbanov, Aidə Cəfərova, Sərvan Quliyev və digərləri Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və səmərəli fəaliyyətindən bəhs edərək, partiya üzvlərinin bundan sonra da, YAP-ın Proqram və Nizamnamə tələblərinə ciddi əməl etmələrini əsas vəzifə kimi qəbul etdiklərini bildirib, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının üzvləri olaraq Azərbaycanımızın daha da inkişaf etməsinə, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması üçün xalq-iqtidar birliyinin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğuladılar. Bütün çıxış və nitqlərdə insanlara göstərilən yüksək dövlət qayğısı xüsusi olaraq vurğulanaraq, Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq bildirildi.
    Sonda Vüqar İsayev görüş iştirakçılarının fikir və təkliflərini dinlədi. Sakinlər tərəfindən məktəbin idman meydançasının qurulmasına və Çaykənd-Toğanalı kəndlərarası alternativ avtomobil yolunun təmirinə zərurət olduğu vurğulandı. Qaldırılan məsələlər qeydə alındı və həlli yolları ilə bağlı müzakirələr aparıldı.

    Zahir Məmmədov
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ