Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq tədbirdə

    Beynəlxalq tədbirdə Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin deputatı Ramin Məmmədov parlamentin müşahidəçi qismində təmsil olunduğu Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş Assambleyasının 44-cü iclasında iştirak etmək məqsədilə avqustun 4-də İndoneziya Respublikasının Cakarta şəhərinə səfər edəcək.
    Deputatımız iclasda çıxış edəcək, “Parlament əməkdaşlığı: Sülh, sabitlik və tərəqqi naminə ortaq öhdəliklər” mövzusunda keçiriləcək müşahidəçi ölkələrlə dialoq panelinə qatılacaq, Milli Məclisin üzv ölkə parlamentləri ilə əməkdaşlığı və gələcək perspektivlər barədə müzakirələr aparacaq.
    Səfər avqustun 11-də başa çatacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ