Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Bu fakt Azərbaycanin nıvbəti qələbəsi olmaqla yanaşı, həm də ədalətin təntənəsidir"

    "Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı vəsatətini rədd edib.
    Bu fakt Azərbaycanın növbəti qələbəsi olmaqla yanaşı həm də ədalətin təntənəsidir. Bu ədaləti məhz Azərbaycan özü yaradıb."
    Bu sözləri "Atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva demişdir. O, əlavə etmişdir ki, Azərbaycan İkinci Qarabağ Müharibəsində Ermənistanı biabırçı şəkildə məğlub edərək ədaləti bərpa etdikdən sonra artıq dünyada ədalət hiss olunmağa başlayır:
    "Ermənistan isə biabır olmaqda fiaskoya uğramaqda davam edir. Artıq Ermənistanın ikiüzlü, riyakar, yalançı siyasəti ifşa olunub və dünya ictimaiyyəti erməni yalanlarına inanmır. Əlbətdə bütün bunlar ölkə başçısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik xarici siyasət nəticəsində mümkün olmuşdur."- Deputat demişdir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ