Atributinfo.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
"Müqavilə sabit olmalıdır. O, Azərbaycan və Ermənistan arasında maraqlar tarazlığını təmin etməlidir. Buna Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin yol xəritəsinin ardıcıl həyata keçirilməsi əsasında nail olmaq olar. Bu yol xəritəsi Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar toplusudur”, - deyə o bildirib.
/atributinfo.az/
