Atributinfo.az xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Leo Dokerti yazıb.
"Beşinci Strateji Dialoqumuz zamanı Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının genişliyini müzakirə etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etməkdən məmnun oldum. Mən təhlükəsizlik, ticarət və mədəniyyət sahəsində gələcək əməkdaşlığı səbirsizliklə gözləyirəm", - deyə nazir qeyd edib.
/atributinfo.az/
