Sizin reklam burada
Sizin reklam burada
  • İnquşetiya Respublikasının Malqabek şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib

    İnquşetiya Respublikasının Malqabek şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib
    HEYDƏR ƏLİYEV – 100

    İnquşetiya Respublikasının Malqabek şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə İnquşetiya Azərbaycanlıları Şuşa regional Milli-Mədəni Muxtariyyətinin fəxri prezidenti Rəhmətulla Babayev, diaspora üzvüləri ilə bərabər qonaqlar da iştirak edirdilər: Evloyev Usman - Malqobek Şəhər Şurasının sədri, Qantemirov Eraki - Malqobek Administrasiyası rəhbərinin köməkçisi, Malqobek İctimai Şurasının sədri, İnquşetiya Dövlət Müəssisəsinin üzvü, "Vesti" qəzetinin baş redaktoru Malqobek" qəzetinin müxbirləri Gelişanoa Hüseyn, Kartoev Amir, Malqobek Şəhər Şurasının VCT-nin rəhbəri Qalaea Mollai Giray, Merjoev Magomet - Malqobek Şəhər Şurasının KSM müfəttişi iştirak edirdilər.
    Tədbiri giriş nitqi ilə İnquşetiya azərbaycanlıları Şuşa regional milli-mədəni muxtariyyətinin fəxri prezidenti, Qarabağ müharibəsi qazisi Rəhmətulla Babayev açaraq Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyəti barədə iştirakçlara qısa məlumat verdi.
    Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahiləri olur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də məhz belə tarixi şəxsiyyətlərdəndir. Müasir dünya tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşmüşdür.
    Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
    Mən 2011-ci ildə İnquşetiya Respublikasının (eks prezidenti Yevkurovun) yanında milli məsələlər üzrə məşvərət heyyətinin üzvü idim. Bu imkandan istifadə edərək Ondan xahiş etdim ki, Ulu öndərimiz Heydər Əliyevin adına park salınmasında bizə kömək etsin. Bu məsələ ilə əlaqədar bir neçə dəfə Moskva şəhərinə getmişik. Və nəhayət 2013-cü ilin noyabr ayında Heydər Əliyev parkı tikilərək istifadəyə verildi.
    Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuşdur. Azərbaycan xalqı yeni əsrə, yəni XXl əsrə Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir...
    Tədbir iştirakçıları Heydər Əliyev parkını ziyarət etdilər.

    Rəhmətulla Babayev,
    İnquşetiya Azərbaycanlıları Şuşa regional
    Milli-Mədəni Muxtariyyətinin fəxri prezidenti


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ