"Qara Dəniz İqtisadi Əməkdaşləq Təşkilatı Parlament Assambleyasının 61-ci Sessiyası qardaş Türkiyənin paytaxtı Ankara şəhərində keçirilir. Bu sesiya QDİƏT PA - nın yaranmaslnın 30- illik yubileyi günlərində keçirildiyindən bayram əhval- ruhiyyəsi gözlənilirdi"- Bu sözləri Sessiyayla bağlı "Atributinfo.az"-a açıqlama verən Milli Məclisin deputatı Musa Urud demişdir. O, əlavə etmişdir ki, üzv dövlətlərin parlament rəhbərlərinin də iştirak etdiyi bu tədbirdə parlamentimizin rəhbərliyini Azərbaycan Milli Məclisi sədrinin 1-ci müavini cənab Əli Hüseyinli təmsil edirdi. Əli müəllim çıxışında 30 illik yubiley münasibəti ilə Assamleya üzvlərini təbrik etdi və Ermənistan parlamentinin sədri Alen Simonyanın "Laçın koridoru"nun bağlanması üzərində manipulyasiyalarına tutarlı cavab verdi:"Azərbaycan nümayəndə heyətinin başçısı Eldar Quliyev çıxış edərək ölkəmizin sülh, əməkdaşlıq, ədalət müstəvisində Qara Dəniz hövzəsi dövlətləri arasında münasıbətlərin yüksəldilməsinə töfvələr verdiyini bildirdi.
İclasın ikinci günündə Ümumi müzakirələrdə Ermənistan nümayəndə heyəti yenə də destruktivlik nümayiş etdirdi. Çıxışçılar siyahısında birinci olmalarına baxmayaraq hələ hazır olmadıqlarını bəhanə edən ermənilər çox güman ki, Azərbaycandan sonra danışmaqla düşünürdülər ki, onların söylədikləri cavabsız qalacaqdır. Erməni nümayəndə heyətinin başçısı Babken Tuniyan çıxışlnda heç dəxli olmadan, İrəvandan aldığı təlimat əsasında, Azərbaycanın Qarabağda yaşayan ermənilərin humanitar hüquqlarını pozduğunu, "Laçın koridorunu" bağladığını, onları genosidə məruz qoyduğunu, Ermənistan ərazisini işğal etdiyini bəyanladı. Təkidlə söz istəyərək erməni deputatın söylədiklərinin yalan olduğunu bildirdim və yalan danışmaqla Assambleya üzvlərini təhqir etdiyini söylədim.
Ermənistan və Azərbaycan arasında savaşın 2020- ci il 10 noyabrında bitdiyini, lakin Ermənistanın üç tərəfli bəyanatda nəzərdə tutulan müddəaları yerinə yetirmədiyini, qanunsuz silahlı dəstələrini Qarabağdan çlxartmadığını, Zəngəzur koridorunu açmağa əngəl törətdiyini, sərhədlərin delimiyasiyası prosesindən yayındığını bildirdim. Söylədim ki, müharibə bitəndən sonra ötən müddət ərzində Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə mina partlamasından 300- dən çox vətəndaşımız həlak olmuş və ya xəsarət almışdır. Bu minaların çoxu 2021- ci il və ondan sonrakı tarixlərdə Ermənistanda istehsal olunmuşdur. Lacın yolu bağlı deyildir, mülki dinc əhaliyə və humanitar yüklərə açıqdır. Amma bölgəyə silah- sursat və terrorçu gətirilməsinə izin verməyəcəyik.
Biz Azərbaycan olaraq Qarabağdakı cinayət törətməmiş ermənilərə digər vətəndaşlarımızın malik olduğu bütün hüquqları verəcəyik və imkanları yaradacağıq. Bundan fərqli bir model ola bilməz.
Yaxşı olar ki, Ermənistan nümayəndələri burada siyasi oyunbazlıq etmək əvəzinə, Xocalı soyqırımına görə bizdən üzr istəsin, qətliam canilərini həbs edərək ədalət məhkəməsinə təslim etsin, nəyə görə terrorçu və müharibə caniləri Njdeyə , Andronikə və Nemesis terrorçularına Ermənistanda abidə qoyulmasına izahat versin, Ermənistanın terrorçu dövlət olduğunu etiraf etsin. Ermənistan tərəfi barış istəsə barış, savaş istəsə savaş görəcəkdir.
Komitə iclaslarında nümayəndə heyətimizin üzvləri Elşad Mirbəşir və Jalə Əhmədova çıxış etdilər.
Sesiyanın sonunda əlifba sırası ilə sədrlik Türkiyədən Ukraynaya keçdi."- Musa Urud demişdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
