Sizin reklam burada
Sizin reklam burada
  • Ömrünü xalqa xidmətə həsr edən dahi

    Ömrünü xalqa xidmətə həsr edən dahi "Tarixə nəzər salsaq görərik ki, hər bir xalqın tarixində ağır və çətin günlər olmuşdur
    və onu müxtəlif bəlalardan zamanın yetirdiyi liderlər xilas etmişdir."
    Bu fikirləri "Atributinfo.az"-a açıqlama verərkən
    YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev demişdir.
    Açıqlamada daha sonra YAP sözçüsü bildirmişdir:
    "Zəngin və çoxəsirlik tarixə malik olan Azərbaycan xalqı da zaman-zaman müxtəlif
    dövrlərdə çətin sınaqlara məruz qalmış və bu çətinliklərdən özünün yetirdiyi liderləri
    hesabına xilas olmuşdur.
    Məhz Azərbaycanın yeni tarixində, 20-ci əsrin sonlarında bu şərəfli xilaskarlıq
    missiyasını daşımaq Ulu Öndər Heydər Əliyevə nəsib olmuşdur. Danılmaz faktdır ki,
    Azərbaycan xalqının nicatı, ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün
    sahələrində dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
    Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi
    formalaşması ümummilli lider Heydər Əliyevin uğurlu siyasi fəaliyyətinin bəhrəsidir.
    Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin
    təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını
    özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirmişdir.
    Milyonların sevimlisi olan Heydər Əliyev bütün ömrünü xalqa xidmətə həsr etmiş,
    müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşmüşdür.
    Bəşəri kamilləşmənin ən yüksək zirvəsini fəth etmiş Ümummill Liderimiz Heydər
    Əliyev müasir dünya tarixinə, parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi
    zəka və fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi kimi
    düşmüşdür.
    Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin
    dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin
    olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr
    vermişdir.
    Vətəni və xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, 2023-cü il
    Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuşdur. Ulu Öndər Heydər Əliyevin 100
    illiyi ilə bağlı ölkənin hər yerində və ölkə hüdudlarından kənarda, hər bir
    azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə silsilə tədbirlər
    keçirilir. Ümummilli Liderin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları yeni nəslə
    aşılanır.
    Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat
    yolu, zəngin və çoxşaxəli irsi tükənməz milli sərvətimizdir. Ötən illərə nəzər salarkən
    Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi
    nailiyyətlərin bir daha şahidi oluruq.
    İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış,
    müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz
    dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti,
    dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
    Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan
    anlayışına sığmır. Dahi şəxsiyyətin xarakterində və fəaliyyətində, doğma xalqına
    bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Sadə, zəhmətkeş bir
    azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək
    vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.
    Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin
    geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün
    dəyişdi. Ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı.
    Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət
    müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi
    yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli
    addımlar atıldı. Hər il yüzlərlə gənc müxtəlif, mühüm, o cümlədən hərbi ixtisaslara
    yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi. SSRİ rəhbərliyi
    tərəfindən təqiblərə və qarşısına qoyulan məhdudiyyətlərə baxmayaraq bu günkü
    Qalib, Mətin Azərbaycan Ordusunun yetişməsi üçün Naxçıvanski Hərbi Məktəbini
    yaratdı.
    1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və Azərbaycan
    dilinin dövlət dili kimi təsbit edilməsi məhz ümummilli lider Heydər Əliyevin
    müstəsna xidmətlərindəndir.
    Sonralar Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi
    Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə
    tutması, qürurverici hadisə olmaqla, Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi.
    Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə
    edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra
    ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu və nəticədə Azərbaycan
    keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi.
    1990-cı illərin əvvəllərində Sovet İmperiyası çökdükdən sonra ölkəmizi bürümüş
    xaosdan yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı
    onu təkidlə hakimiyyətə çağırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır
    vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə
    bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan
    kifayətdir” kəlamı yada düşür. Bəli, Heydər Əliyev də Tanrının Azərbaycan xalqına
    bəxş etdiyi, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi idi.
    90-cı illərin əvvəlində tüğyan edən separatçılıq, etnik parçalanma meyillərinin
    qarşısı Heydər Əliyevin iradəsi ilə alındı. Onun sayəsində üçrəngli bayrağımız dövlət
    bayrağı kimi qəbul olundu, təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordu
    formalaşdırıldı, Azərbaycanın milli mənafeyini qorumağa qadir nizami silahlı qüvvələr
    yaradıldı, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. 1994-cü ilin
    mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
    Ulu Öndərin qətiyyəti, sarsılmaz siyasi iradəsi sayəsində Qərb şirkətləri ilə aparılan
    danışıqlar məntiqi sonluqla yekunlaşdı. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın
    11 transmilli neft şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi" imzalandı. Bununla da
    respublikamızın bugünkü və gələcək iqtisadi uğurlarının təməli qoyuldu.
    Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət
    xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi əbədilik
    qazanması, heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil
    dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan
    Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını,
    Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv
    olmaqdan xilas etdi. Bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma
    bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni
    qarşısında misilsiz fədakarlığı idi.
    Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat
    cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi
    hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi.
    “Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” deyən
    Ümummilli Lider bütün ömrünü Azərbaycan xalqına xidmətə həsr etmiş, xalqın
    xoşbəxt gələcəyi üçün canından keçməyə belə hazır olmuşdur. Azərbaycanlı olmağı ilə
    fəxr edən dahi, misilsiz fəaliyyəti ilə “Nə qədər ki Azərbaycan var, mən də varam”
    kəlamını reallığa çevirmiş, özünün Azərbaycanda əbədi olmasını təmin etmişdir.
    Ümummilli Lider Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir
    irs, milli sərvət olan – “Heydər Əliyev dövlətçilik məktəbi”ni yaratmışdır. Ulu Öndər
    "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri sizin dəstəyinizlə
    İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
    ümidlər bəsləyirəm" deyərək, xalqa, müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək
    dəqiq ünvanı göstərdi və zaman Heydər Əliyevin bu inamını təsdiq etdi.
    Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla
    rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəliyə aparır. Dövlətin
    sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və
    onun arxasınca inamla gedir.
    Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan
    Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın.
    Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması, Ulu Öndər
    Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz fəaliyyətinin nəticəsi kimi
    qeyd edilir.
    Bəli, Ulu Öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən
    silinmək təhlükəsindən xilas edərək tənəzzüldən-inkişaf yoluna çıxardı. Onun layiqli
    davamçısı Prezident İlham Əliyev isə Azərbaycanın daha da inkişafı üçün geniş
    imkanlar yaratdı, torpaqlarımızı işğaldan azad etdi, ölkəmizi inkişafdan-tərəqqiyə,
    tərəqqidən-zəfərə çatdırdı.
    Xüsusilə, cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra
    Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Bütün sahələrdə görülən
    işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün
    artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar
    birliyinin möhkəmlənməsini təmin etdı. Bu birliyin nəticəsidir ki, Azərbaycan 44
    günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və ərazi
    bütövlüyünü bərpa etdi. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli
    bayrağımız dalğalanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir,
    soydaşlarımızın Böyük Qayıdışına başlanılıb.
    Məhz bu Böyük Qələbə qürur mənbəyimiz olmaqla, Ata vəsiyyətinin yerinə
    yetirən Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imici
    qazanmasını, beynəlxalq aləmdə əsil söz sahibi olan ölkə rəhbəri olduğunu təsdiq etdi.
    Bu gün xalqımızın hər bir nümayəndəsi Ulu Öndərin yaratdığı Müstəqil Azərbaycan
    Respublikasının vətəndaşı olmağı ilə fəxr edir və qürur duyur.
    Azərbaycanlı olması ilə daim fəxr edən Ulu Öndər qürur yerimizdir və qədirbilən
    xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacaq, Heydər Əliyev dühasının
    siyasi uzaqgörənliyinin nəticələri xalqımıza daim uğurlar gətirəcək, Ümummilli
    Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin
    əməyi və fəaliyyəti nəticəsində əbədi yaşayacaqdır."- Vüqar İsayev vurğulamışdır.

    "Atributinfo az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ