Sizin reklam burada
Sizin reklam burada
  • Deputatımız Qlobal Qadınlar Sammitində iştirak edəcək

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Qlobal Qadınlar Sammitində iştirak etmək üçün mayın 3-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər edəcək.
    Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə qlobal və regional meqatrendlər, davamlılığın yenidən müəyyən edilməsi, qadın sahibkarlığının inkişafı, ailə biznesində yeni reallığa keçid, gender bərabərliyinin beynəlxalq göstəricilərinin təmin edilməsi, enerji sahəsində qadınların fəaliyyəti, rəqəmsal transformasiya və əməyin gələcəyi, qadınlara məxsus müəssisələrin maliyyələşdirilməsi üçün yeni şərtlər və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
    Səfər mayın 7-də başa çatacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ