Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətinə deputatlardan - Milli Məclisin QDİƏTPM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, komitə sədri Musa Quliyev, Kamran Bayramov, Jalə Əhmədova, Ramin Məmmədov, Elşad Mirbəşir oğlu və digər şəxslər daxildirlər.
İclaslarda “QDİƏTPM-in 30-cu ildönümü: ümumi coğrafiya, ümumi baxış və gələcək”, “Qlobal dəyişikliklərin dinamikasında parlament diplomatiyasının rolu: inkişaf, sülh və sabitlik” və gündəliyinə daxil olan digər məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcəkdir.
Parlament nümayəndə heyətinin səfəri mayın 5-də başa çatacaq.
