Bu sözləri "Atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Emin Hacıyev dedi. O, əlavə etdi ki,
44 günlük Vətən müharibəsində erməni faşistlərinin və separatçılarının döyüş meydanında layiqli cavabları verilmişdir:
"Bu neqativ elementlər indi də bayraqla mübarizə aparır...
24 aprel qondarma erməni soyqırımı ərəfəsində Laçın yolunda Azərbaycanın sərhəd buraxılış məntəqəsinin yerləşdirilməsi bütün bu təxribatlara layiqli cavabdır, ölkəmizin tarixinə yazılacaq növbəti qələbədir.
Var olsun Ali Baş Komandan cənab İlham Əliyev, yaşasın Azərbaycan əsgəri!
Ermənistan rəhbərliyindən isə dövlət simvollarımıza hörmətlə yanaşmalarını tələb edirik, qardaş Türkiyə ilə Azərbaycan bayrağını yandıranlar cəzasız qalmamalıdır. Əks halda Azərbaycan əsgəri cibindən çıxartığı yox, dalğalanan erməni bayraqlarına od vurar."- Deputat dedi.
Bəradər
"Atributinfo.az"
