Qırğızstan Joqorku Keneşin Törağası cənab Nurlanbek Şakiyevlə görüşümüz olduqca səmimi bir ortamda baş tutdu."
Bu sözləri "Atributinfo.az"-a Qırğızıstanda səfərdə olan Azərbaycan-Qırğızıstan parlamentlərarası
dostluq qrupunun rəhbəri, deputat Musa Urud eksklüziv açıqlamasında demişdir.
Görüşdə Milli Məclisin sədri professor Sahibə xanım Qafarovanın səmimi salamlarını çatdırdığını dilə gətirən deputat eyni zamanda "Heydər Əliyev-100 il" konfransının yüksək səviyyədə təşkilinə görə minnətdarlığımı bildirdiyini söyləmişdir:
"Söhbət zamanı ölkələrimiz arasındakı münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə qalxmasında prezidentlərimiz cənab İlham Əliyevin və Sadır Japarovun rolunu xüsusi qeyd etməklə, bu istiqamətdə parlamentlərin və xalq diplomatiyasinin da öz töhvələrini verməsinin zəruriliyi vurğulandı.
Cənab spiker Nurlanbek Şakiyev Azərbaycan- Qırğızstan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirdi və bu əlaqələrin bünövrəsinin qoyulmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərini qeyd etdi. O söylədi ki, Heydər Əliyev təkcə sizin xalqın lideri deyil, həm də bizim atamız, bütün türk xalqlarının ağsaqqalıdır. Heydər Əliyevə Qırğızstanda böyük hörmət və ehtiram olduğunu söylədi və may ayında Ulu Öndərin yubiley tədbirlərində iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Bakıya gələcəklərini bildirdi.
Görüşdən sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi şərəfinə salınmış Bişkekdə Qırğlzstan- Azərbaycan dosrluq parkını ziyarət etdik."- Musa Urud vurğulamışdır.
Bəradər Səməndərli
"Atributinfo.az"
