Məclisin mətbuat xidmətindən "Atributinfo.az"-a verilən məlumata görə, səfər çərçivəsində deputatlarımız İtaliya Respublikası Senatında Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibinin rəsmi təqdimat mərasimində iştirak ediblər.
Qeyd etmək lazımdır ki, İtaliyada 2022-ci ilin sentyabrında keçirilmiş seçkilərdən sonra cari il aprelin əvvəlində ölkə Senatında İtaliya-Azərbaycan dostluq qrupunun yeni tərkibi formalaşıb. Qrupun rəhbəri vəzifəsinə İtaliyanın hakim partiyasının (Fratelli d'Italia) üzvü Marko Skurria seçilib. Dostluq qrupunun formalaşmasında İtaliya hakim partiyasının üzvü, İtaliya Senatının Avropa məsələləri üzrə komitəsinin sədri Culio Terzinin böyük əməyi olub.
Aprelin 18-də keçirilmiş İtaliya Senatının Azərbaycanla dostluq qrupunun təqdimat mərasiminin sonunda Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və İtaliya Senatının Azərbaycanla dostluq qrupu arasında Memorandum imzalanıb.
