Sizin reklam burada
Sizin reklam burada
  • Böyük tarixi Şəxsiyyət ordu quruculuğunu dövlət üçün həmişə prioritet hesab edirdi

    Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında yer alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın işğaldan azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmən təxribatlarının qarşısının alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatı zamanı bir addım belə geri çəkilməyərək düşmən taptağında olan əraziləri işğaldan azad etdi.
    Göründüyü kimi, əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bu tarix hər gün daha da zənginləşməkdədir.
    "Ulu Öndər deyirdi: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır”.
    Bu kəlamlar Azərbaycanda ordu quruculuğunun dinamik inkişafında etibarlı zəmanət oldu. Heydər Əliyev ordu quruculuğunun elmi əsaslarla aparılmasını tövsiyə və tələb edirdi. Bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən yerli müdafiə taborları buraxıldı, qısa müddətdə orduda vahid komandanlıq yaradıldı. Bu, ordu quruculuğunun yeni mərhələsi oldu. Bundan başqa, orduda ciddi kadr siyasəti həyata keçirildi. Bu tədbir həm ordunun daha da möhkəmlənməsində, həm də gərəkli ictimai rəy yaranmasında yetərincə əhəmiyyətli oldu.
    "Ulu Öndərin “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir” fikrini məntiqi baxımdan bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.
    Böyük tarixi şəxsiyyət ordu quruculuğunu dövlət üçün həmişə prioritet bilirdi. Ona görə də hakimiyyətə qayıtdıqdan az sonra ön xətdə yerləşən hərbi hissələrdə, düşmənlə təmas xəttində, səngərlərdə əsgər və zabitlərlə görüşüb gərəkli tövsiyələr verdi, xidmətdə fərqlənənləri səngərlərdə mükafatlandırdı. Bunlar ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını yüksəltdi. Bu yüksəliş cəmiyyətdə orduya inamı da artırdı, sevgini də. Bu yüksəliş Ulu Öndər Heydər Əliyevin bir kəlamıyla tamamlandı: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq... Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir."
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu bütün istiqamətlər üzrə uğurla davam etdirdi. Azərbaycanda ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Orduda böyük islahatlar keçirildi, ordunun silahlanmasına ən müasir silahlar daxil edildi. Bunların nəticəsi kimi Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı.
    Məhz bu mənada muasir Azərbaycanın butün uğurları Heydər Əliyevin adı ilə baglıdır.

    Hacı Orucov
    3 saylı Notariat Ofisinin notariusu


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ