Sizin reklam burada
Sizin reklam burada
  • Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edib

    Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında 7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edilib.
    Paylaşımda deyilir:
    “7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə COVİD-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ