"İlk növbədə hörmətli Sədr mən də uğurlu xarici səfərlərinizə görə təbriklərə qoşuluram və qardaş ölkə Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, türk xalqına baş sağlığı, səbr və dəyanət arzulayıram. Türkiyə son 100 illik tarixində bir neçə dəfə dağıdıcı zəlzələni yaşayıb inanıram ki, Türkiyə bu sınaqdan da güclənərək çıxacaq."Bu sözləri Milli Məclisin bu gün-fevralın 17-də keçirilən plenar iclasinda çıxısı zamanı millət vəkili Aqil Məmmədov dedi."
O, əlavə etdi ki, zəlzələnin baş verdiyi ilk andan cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında Azərbaycanın hümanitar yardımları həmçinin çoxsaylı heyətlə xilasediciləri qardaş Türkiyəyə çatdırıldı və eyni zamanda birinci vitse-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Türkiyəyə yardım kompaniyasını bu gün də uğurla davam etdirir.
"Bizim üçün qürurverici hal oldur ki, Azərbaycanın Milli Məclisi də bütün heyəti ilə bu aksiyalarda yaxından iştirak edir. Bu gün Azərbaycan dövlətinin ayrı-ayrı qrumları bütövlükdə Azərbaycan xalqı tərəfindən Türkiyəyə edilən yardımlar heç şübhəsiz ki, tarixi ənənənin davamıdır. Çətin məqamlarda Azərbaycan və Türk xalqları bir-bilərinə arxa dayaq olublar və bunlar unudulmur. Yeri gəlmişkən, zəlzələ mövzusunda diqqətinizi bir məsələyə yönəltmək istəyirəm. Ermənistan da Türkiyədə baş vermiş zəlzələ ilə bağlı müəyyən təşəbbüsülər göstərir. Amma Ermənistan rəsmilərinin açıqlamalarından belə görünür ki, onların təşəbbüslərinin arxasında əslində hümanitar niyyət yox müəyyən siyasi məqsəd dayanır. Ermənistanın Türkiyəyə göndərdiyi 4-5 yük maşınına görə 35 ildir bağlı olan sərhəd qapılarının açılması rəsmi İrəvanı həvəsləndirib. Ermənistanın xarici işlər nazirinin Türkiyəyə səfəri Paşinyanın və digər rəsmlərin Türkiyə ilə münasibətlərin normallaşması sərhəd qapılarının açılması ilə bağlı fikirləri bunu təsdiqləyir. Türkiyənin Ermənistanla sərhədlərinin bağlanmasının başlıca səbəbi isə mövcudluğunu saxlayır. Ermənistan 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri də hələ tam yerinə yetirməyib. Buna görə də Ermənistan hökuməti ümidlənməsin ki, hümanitar yüklərini keçirdiyi üçün istisna hal kimi açılmış qapılar açıq saxlanılacaqdır. Ermənistan bilməlidir ki, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü sözdə deyil, real addımlarla tanımayınca Türkiyə ilə sərhədlərin açılmasına ümid etməməlidir. Ermənistan nəzərə almalıdır ki, Azərbaycan və Türkiyə dövlətlərinin müttəfiqliyi Şuşa bəyamnaməsi ilə ən yüksək səviyyəyə qalxıb və Türkiyə Azərbaycanın maraqlarına zidd olan hər hansı addımı atmaz."-deputat dedi.
Bəradər Səməndərli
"Atributinfo az"
