Milli Məclisin deputatları - QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyev tədbirlərdə iştirak etmək üçün yanvarın 16-dan Türkiyənin İstanbul şəhərinə səfər ediblər.
İclaslarda qurumun nizamnamə sənədlərində dəyişikliklər və parlament məclisinin 30 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək.
Deputatların səfəri yanvarın 18-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
