
Konfransda səhiyyə sisteminin gələcəyi, pandemiyalara hazırlıq və cavab tədbirləri, sağlamlıq insan hüquqlarının tərkib hissəsi kimi mövzular müzakirə ediləcək. Müzakirələrdə Dayanıqlı İnkişaf Məqsədlərində irəliləyişlərin əldə olunması və bu prosesə parlamentarilərin töhfəsi barədə fikir mübadiləsi aparılacaq.
Səfər dekabrın 6-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi