Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan ciddi təklif

    "16-17-18 noyabr 2022-ci il tarixdə Milli Məclisin növbəti plenar iclaslarında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi aparıldı. Baş Nazir və bütün hökumət üzvlərinin iştirakı ilə keçirilən iclasda 2023-cü ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi.
    2023-cü ilin büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsidir. 2023-ci il Dövlət büdcəsində, ölkəmiz üçün prioritet hesab olunan müdafiə, təhlükəsizlik, işğaldan azad olunmuş ərazilərin bərpası məsələləri də daxil olmaqla, bütün sahələr üzrə artım, o cümlədən iqtisadiyyatın inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması nəzərdə tutulur."
    Bu sözləri millət vəkili İltizam Yusifov qeyd olunduğu kimi, Milli Məclisin 3 gün ardıcıl keçirilən iclası zamanı "2023-cü ilin Dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi, qəbulu və büdcənin ötən ilkindən əhəmiyyətli dərəcədə fərqi ilə bağlı Atributinfo.az"-a açıqlama verərkən söylədi.
    Yeri gəlmişkən, qeyd etməliyik ki, millət vəkili büdcə müzakirəsində Şirvan şəhəri də daxil olmaqla, ölkəmiz üçün Hökümətin 4 vacib məqama diqqət yetirməsini təklif etdi. Təklif aşağıdakılardı:

    1. Şirvan kimi neft hasil edən bölgələr üçün neftdən gələn əlavə gəlirlərdən, bölgələrin inkişafı üçün müəyyən vəsaitin ayrılması.
    2. 2023 və növbəti 3 il üçün qeyri-neft sektorunun inkişafı, maşınqayırma sənayesinin (ənənəvi zavodlar) inkişaf etdirilməsi.
    3. Bölgələrdə Bərk məişət tullantıları üçün emal müəssisələri və Poliqonlarının tikilməsi.
    4. İdman qurğularının, o cümlədən Olimpiya İdman Komplekslərinin işinin təşkili.
    Bir reallığı da diqqətə çatdırmaq istərdik ki, deputat İltizam Yusifov bəzi millət vəkillərindən fərqli olaraq bu kimi həlli vacib məsələləri yalnız ildə bir dəfə-büdcə müzakirəsi zamanı qaldırmır, o, yaz və payız sessiyaları boyunca mütəmadi olaraq əhəmiyyətli çıxışlar edir, ciddi təkliflər irəli sürür, seçicilərini narahat edən problemlərə toxunur.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ